Tovuz hərbi məktəblərə daxil olan gənclərin sayına görə rayonlar arasında liderdir deyən millət vəkili Qənirə Paşayeva tələbə adını qazanmış gənclərlə görüşündə "son bir neçə ildə Tovuz rayonundan hərbi məktəblərə daxil olan gənclərin həm sayında, həm də göstəricilərində müsbətə doğru sürətli artım bizim hamımızı sevindirir" dedi. Hər il Tovuzdan hərbi məktəblərə daxil olanların sayının artmasını çox gözəl bir nəticədir deyən millət vəkili Qənirə Paşayeva deyib ki, biz inanırıq ki, gələn illərdə bu istiqamətdə uğurlar daha da çox olacaq, çünki Tovuzun potensialı böyükdür. Hərbi məktəblərə fiziki və mənəvi sağlam, ən savadlı gənclərimiz üz tutmalıdır deyən millət vəkili Qənirə Paşayeva bu il Tovuzdan hərbi məktəblərə sənəd verən 145 nəfərdən 88-nin daxil olmasını sevindirici hadisə kimi dəyərləndirib və bildirib ki, Tovuzun bu istiqamətdə nəticələri bir sıra rayonlar üçün müsbət bir örnək ola bilər.
Millət vəkili Qənirə Paşayeva torpaqlarımızın 20 fazinin hələ də işğalçı Ermənistanın işğalı altında olduğunu, 1 milyona yaxın insanımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını qeyd edərək, hər bir vətəndaşımızın, özəlliklə hərbi kadrlarımızın daha da hazırlıqlı olmasının vacibliyinə diqqət çəkdi. Ali hərbi məktəblərə daxil olan tələbələrin işğal altında olan torpaqlarımızın işğaldan azad etməyə hər zaman hazır olduqlarına inandığını deyən millət vəkili Qənirə Paşayeva "inşallah növbəti bu cür görüşlərimizi Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşada, Xankəndində, Xocalıda və digər o gözəl bölgələrimizdə keçirək" dedi.
Görüşün sonunda tələbələrə hədiyyələr və kitablar bağışlanılıb və yeni tələbə adını qazanan gənclərin mənsub olduqları ailələrə, təhsil aldıqları məktəblərin kollektivlərinə hörmət və ehtiram ifadə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB