Vergilər naziri Şirvanda vətəndaşları qəbul edib FOTOLAR

Vergilər naziri Şirvanda vətəndaşları qəbul edib FOTOLAR

Vergilər naziri Şirvanda vətəndaşları qəbul edib. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq bugün səhər saat 09:00 dan Vergilər Naziri Fazil Məmmədov Şirvan şəhərində 5 saylı vergilər idarəsində Şirvan şəhərinin, Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı, Göyçay, Kürdəmir və Ucar rayonlarından olan 70-dən çox vətəndaşları qəbul edib. Vətəndaşların müraciətləri müxtəlif səpkili olub. Vergilər nazirliyinə aid olan məsələlər nazirin göstərişi ilə yerindəcə həll olunub. Digər məsələlərin həll olunması üçün müvafiq qurumlara müraciət olunacağı bildirilib. Vətəndaşlar səmimi qəbula görə razılıqlarını bildiriblər.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə