Nəqliyyat Departamentinin əməkdaşlarından növbəti özbaşınalıq

Nəqliyyat Departamentinin əməkdaşlarından növbəti özbaşınalıq

Demək olar ki, hər gün yollarda Nəqliyyat Departamentinin əməkdaşlarının sürücülərə qarşı etdikləri kobud hərəkətlərin şahidi oluruq. Sürücülərə qarşı nalayiq söyüşlər, onları döymək, sürücülərin sənədlərini qanunsuz olaraq əlindən almaq Nəqliyyat Departamentinin əməkdaşları üçün adi hala çevrilib.

Bu gün də saat 13:00 radələrində belə bir hadisənin özümüz çəkiliş qrupumuzla birlikdə şahidi olduq. Bakının Rəşid Behbudov küçəsi ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində taksi fəaliyyəti göstərən "Mercedes" markalı avtomaşının sürücüsü Hüseynağa Səfərovun qıraqdan 4-5 nəfər tərəfindən təhdid olunduğunu, ona qarşı nalayiq sözlərin deyilməsini qulaqlarımızla eşidib gözlərimizlə gördük. Gördüklərimizdən şoka düşdük. Şəhərin düz mərkəzində taksi sürücüsünün sinəsindən yapışıb, onu zorla maşına basan Nəqliyyat Müfəttişliyinin əməkdaşları qıraqdan kameramızı görən kimi elə bizə qarşı da nalayiq söyüşlərə başladılar. Onlar Taksi sürücü Heseynağa Səfərovun yaxasını buraxıb bizim üstümzə hücum çəkdilər, bu azmış kimi redaksiyamıza daxil olaraq təhdidedici sözlərlə başladılar qışqırmağa. Jurnalsitin qolundan zorla yapışıb onu redaksiyaya sürüyüb aparan bu şəxslər nə elədiklərini özləri də bilmirdilər. Onlardan sənəd tələb etdikdə isə dövlət başçısının adından danışmağa başladılar. Bildirdilər ki, bizə Prezident icazə verib ki, belə edək. Özlərini təqdim etməyən 3 nəfər mülki geyimli, 2 nəfər isə Nəqliyyat Departamentinin formasını geyinən bu şəxslər sürücünün sənədlərini də aldılar. Ola bilər ki, sürücünün lisenziyası olmasın, ancaq sürücünün sinəsinə vurmaq, onu zorla maşına basıb sənədlərini əlindən almaq, təhqir etmək hansı necə!? Bütün bunları Nəqliyyat Departamentinin 10 PL 784 maşını ilə şəhərdə qoçuluq edən əməkdaşları etdilər. Diqqətlə baxın, 10 PL 784 nömrəli maşın. Hələ bu azmış kimi jurnalistin, kameranın üstünə hücum çəkərək nalayiq söyüşlər işlədən Nəqliyyat işçiləri nə adlarını dedilər, nə də sənədlərini göstərdilər. Buyurun baxın.

Biz bilirik ki, özlərini qoçu kimi aparan bu cür dırnaqarası qanunpərəst nəqliyyatçılar lazımı cəzalarını alacaqlar. Çünki zaman-zaman Nəqliyyat sistemini öz nalayiq hərəkətləri ilə biabır edən bu cür şəxslər öz layuiqli cəzalarını alıblar. Ən azı ona görə ki, sürücünü mühasirəyə alan, sürücünü maşınanına zorla əyləşən, onu söyüb təhqir edən, daha sonra redaksiyamıza və jurnalistin üstünə hücum çəkən Nəqliyyat işçiləri ilə bağlı əlimizdə tutarlı foto və video görüntüləri var.

Bütün xəbərlər Facebook səhifəmizdə