Paytaxtın 2 rayonunda içməli suya məhdudiyyət qoyuldu DİQQƏT

Paytaxtın 2 rayonunda içməli suya məhdudiyyət qoyuldu DİQQƏT

Bu gün paytaxtın bəzi rayonlarında içməli suyun təchizatında məhdudiyyətlər olacaq. "Azərsu" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunun Cavadxan küçəsində yeni çəkilmiş 200 mm diametrli su xəttinin 700 mm diametrli magistral xəttə birləşdirilməsi işləri aparılacaq. Bununla əlaqədar, avqustun 23-də gün ərzində Nəsimi və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli su müəyyən fasilələrlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" abunəçilərdən üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə