Avqust ayının 30-da, saat 12:00-da Horadiz şəhərində yerləşən Horadiz Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi- Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev tərəfindən Fizuli və Beyləqan rayon sakinlərinin qəbulu keçiriləcək. Bu barədə SİA-ya Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları avqust ayının 28-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.
Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Horadiz şəhərində yerləşən Horadiz Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB