Bərdə RİH ticarət obyektlərinin sökülməsinə münasibət bildirdi

Bərdə RİH ticarət obyektlərinin sökülməsinə münasibət bildirdi

Bərdə rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsi bildirir ki, "Olaylar" qəzetində Bərdə şəhər sakini İ.P.İlyasovun ticarət obyektinin kompensasiya ödənilmədən Rayon İcra Hakimiyyəti tərəfindən sökülməsi barədə kimlərinsə şəxsi maraqlarına xidmət edən qərəzli, həqiqətə uyğun olmayan məlumat gedib. SİA-ya Rayon İcra Hakimiyyətindən göndərilən məlumatda isə bunun əksi qeyd olunub.

Verilən məlumata görə, 2011-ci ilin əvvəllərində Heydər Əliyev prospektində aparılan tikinti-abadlıq işləri ilə əlaqədar şəhərin baş planına uyğun olmayan, 5 mərtəbəli kommunal yaşayış binasının qorunma zolağında tikintiyə icazəverici sənədləri olmadan qanunsuz tikilmiş İ.P.İlyasova məxsus sahəsi 72 kv. metr olan ticarət obyekti vətəndaşın özü tərəfindən sökülüb götürülmşdür. Həmin ərazi abadlaşdırılmış və yaşıllaşdırılmışdır. Həmin ərazidə digər obyekt tikilməmişdir. İ.P.İlyasova xidmət obyekti tikmək üçün yer təklif olunmuş, lakin o bu təklifdən imtina etmişdir. Məlumat üçün bildiririk ki, İ.P.İlyasovun Heydər Əliyev prospekti 5 ünvanda şəxsi ticarət obyekti var.

Bütün xəbərlər Facebook səhifəmizdə