Tutqun hava şəraiti davam edir

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, günün birinci yarısında havanın arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən məlumata görə, temperatur gecə 19-24°, gündüz 28-33° isti olacaq. Paytaxt Bakıda gecə 21-23°, gündüz 30-32° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət gecə 75-85 təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Şıx çimərliyində, Sahildə 26-27° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 18-23°, gündüz 32-37° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 9-14°, gündüz 19-24° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 17-22°, gündüz 30-35° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 17-22, gündüz 25-30° isti olacaq.

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 20-25°, gündüz 32-37° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 20-25°, gündüz 30-35° isti, dağlarda gecə 13-18°, gündüz 21-26° isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə