Söyün Sadıqov ermənilərin yaxın dosudur

Söyün Sadıqov ermənilərin yaxın dosudur

Söyün Sadıqovun dələduz əməlləri, ermənipərəst olması və bununla yanaşı ölkəmizə, xalqımıza olan nifrətini təsdiqləyən kifayət qədər faktlar mövcuddur. Bu faktlar onu deməyə əsas verir ki, bu insanın azərbaycanlılar bağlı fikirlərinin, verdiyi vədlərin heç bir əsası yoxdur. Rusiyada yaradılmış "Şəhriyar" cəmiyyətində fəaliyyət göstərən azərbaycanlı Aslan Osmanovun verdiyi məlumata görə, S.Sadıqovun tabeçiliyində işləyən zaman o 6 ay əmək haqqı ala bilməyib və bunun səbəbkarı S.Sadıqov olub. Belə ki, S.Sadıqov onun maaşını verməməklə bərabər, onu haqsız yerə işdən kənarlaşdırıb. A.Osmanov ondan əmək haqqı tələb edərkən, S.Sadıqov onu işdən qovub.

S.Sadıqov Rusiyada ermənilərlə sıx əməkdaşlıq edir

Rusiyada yaşayan erməni biznesmenlər Abram və Muşnıkyonla sıx əlaqələri olan S.Sadıqov onlarla bərabər anti-Azərbaycan fəaliyyəti ilə məşğul olur. Adlarını çəkdiyimiz bu erməni biznesmenlər ermənilərin işğalçılıq siyasətinə külli miqdarda sərmayə yatırıb və bu gün də Azərbaycanın əleyhinə çox güclü təbliğatla məşğul olurlar. Belə insanların əleyhimizə olan təbliğatlarına qoşulan S.Sadıqov həm də onlara maddi dəstək göstərir. Azərbaycanın suyu, havası haram olsun belə insanlara.

S.Sadıqovun çox vədləri yalan çıxıb

Bir neçə il öncə Gürcüstanda yaşayan azərbaycanlılar üçün məktəb inşa etdirəcəyini bildirən S.Sadıqov artıq bu barədə heç düşünmək belə istəmir. Gürcüstanda yaşayan soydaşlarımızın söylədiklərinə əsasən, S.Sadıqov heç vaxt Gürcüstanda, soydaşlarımızın yanında olmayıb və 10 il bundan öncə Rusiyadan vəd verib ki, Gürcüstandan məktəb inşa etdirəcək. Lakin bu 10 ildə bu fikir yalnız vəd olaraq qalıb. Bütün bunlar bir daha sübut edir ki, öz vədinə heç zaman əməl etməyən S.Sadıqov təbii ki, jurnalistlər üçün bina tikdirəcəyini deməklə bir daha özünü gülünc mənbəyinə çevirib.

Söyün Sadıqov bilsin ki, ağzına çullu dovşan sığışmır, lakin dovşan qədər də dəyəri yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə