Gəncənin məktəbləri yenilənir

Gəncənin məktəbləri yenilənir

Gəncədə abadlıq quruculuq tədbirləri çərçivəsində orta ümumtəhsil müəssisələrinin yenidən qurulması istiqamətində işlər davam etdirilir. Dövlət xətti ilə Gəncənin sovetlər dönəmindən qalan orta təhsil müəssisəlri yenidən tiklir və ya əsaslı şəkildə təmir edilir. Həyata keçirilən tədbirlər çərçivəsində 16 saylı orta məktəbdə də geniş abadlıq və quruculuq tədbirləri davam etdirilməkdədir. İcra Hakimiyyəti Aparatının göstərişi ilə gedən tədbirlər çərçivəsində orta təhsil müəssisəsi tam yeni və müasir görkəmə salınır. Məktəbdə işlər iki istiqamətdə aparılır. Belə ki, ilk olaraq məktəbin əsas 840 yerlik korpusu yenidən əsalı şəkildə təmir edilib. Burada su və knalizasiya, istilik sistemləri tam dəyişdirildib. Şagirdlərin rahat şəkildə elmə yiyələnməsi istiqamətində sinif otaqları genişləndirilib.

Hazırda isə işlər məktəbin ikinci tədris korpusunun inşaası ilə davam etdirilir. "Exsles Estes" şirkəti tərəfindən həyata keçirilən tikinti oktyabr ayında başa çatdırılmaldıdır. İş icraçısı Şahin Saqdıqovuqn SİA-nın Gəncə bürosuna istinadən verdiyi məlumata əsasən yeni korpusda ən yüksək standartlara cavab verən təhsil sitemi üçün bütün incəliklər nəzərə alınıb. Yeni korpusun istifadəyə verilməsi ilə daha 500 şagirdin təhsil alması üçün imkan yaradılacaq. Hazırda məktəbin korpusunun tikintisi başa çatmaq üzərədir. Yeni korpusda da su kuanalizasiya və itstilik sistemləri yenilənəcək. Aparılan tədbirlər bir daha dövlət tərəifndən təhsilə verilən diqqət və qayğının ən bariz nümunəsidir.

İlham MƏMMƏDOV

Bütün xəbərlər Facebook səhifəmizdə