“Savadlı gənclik, etibarlı gələcəyin qarantı” layihəsinin təqdimatı olub
Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən keçirilən "Savadlı gənclik, etibarlı gələcəyin qarantı" layihəsinin təqdimatı olub. Tədbirdə YAP rayon təşkilatlarının gənc fəalları iştirak edib.
Tədbirdə giriş sözü ilə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisinin rəhbəri Sərraf Balaxan bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd dövlət gənclər siyasətini gənclərə çatdırmaqdır: "Bu siyasətin əsas məqsədi gənclərin fiziki, əqli, mənəvi inkişafına kömək etməkdir. Azərbaycanda gəncliyə böyük diqqət var. Gənclər siyasətinin istiqamətləri hamımız üçün gərəklidir".
Qeyd edək ki, "Gənclər siyasəti haqqında" qanun 2002-ci ilin aprel ayında Ümummilli lider Heydər Əliyev tərəfindən qəbul olunub. 2007-ci ilin may ayında isə qanuna dəyişikliklər edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB