Paytaxtda hava yağışlı olacaq

"Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, günün birinci yarısında havanın arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədova SİA-ya açıqlamasında bildirib ki, paytaxtda havanın temperaturunun gecə 19-24, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Şöbə müdirinin sözlərinə görə, ölkənin bəzi şimal və qərb rayonlarında bəzi yerlərdə qısa müddətli yağış yağacağı gözlənilir: "Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə