“Nezavisimaya qazeta”: “Qərb və Rusiya İlham Əliyevi dəstəkləyəcək”

“Nezavisimaya qazeta”: “Qərb və Rusiya İlham Əliyevi dəstəkləyəcək”

Bu il 9 oktyabrda Azərbaycan üçün yeni dönəm başlayacaq. Ölkə ya hazırki iqtidarın kursunun davamını, ya da hökumət dəyişikliyini dəstəkləyəcək. Hazırkı dövrdə 10-dan artıq namizəd iqtidarın namizədinə qarşı seçkiyə gedir. Rusiyanın məşhur "Nezavismaya qazeta" nəşri isə Azərbaycanda seçkiqabağı vəziyyəti şərh edərək, seçkilərdə daxili və xarici faktorların rolundan yazıb.

SİA "Azərbaycan seçkiqabağı ənənələri pozdu" başlıqlı məqalənin publika.az saytı tərəfindən yazılmış tərcümə variantını təqdim edir.

"Avqust paradı" nəyi aydınlaşdırdı?

Belə ki, Qərb nümayəndələrinin və MDB ölkələrinin liderlərinin səfərləri 9 oktyabrdan sonra ölkənin siyasi kursunun dəyişməyəcəyinə əminlik yaratdı. Bu fikri möhkəmləndirdi ki, Qərb və Rusiya İlham Əliyevi dəstəkləyəcək. Bu baxımdan, ənənəvi seçkiqabağı işlərə vaxt itirməyin mənası yoxdur. Əgər söhbət dövlətlərarası ımünasibətlərdə etibarlı partnyorluqdan gedirsə, Azərbaycan güclü regional lider mövqelərini bərkitdi.

Ötən həftə Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) sədrliyini qəbul etdi. Azərbaycanda keçirilən sammitdə Türkiyə prezidenti Abdulla Gül, Qırğızıstan prezidenti Almazbek Atambayev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, həmçinin Türkmənistan baş nazirinin müavini Sapardurdu Toliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edirdi.

Nəşr yazır ki, bu yeni status Azərbaycana regionda sabitliyin, təhlükəsizliyin və inkişafın təminatı üçün əməkdaşlıq proqramlarını genişləndirməyə imkan verəcək.

Mübahisəsiz lider rolu dövlətə bütün xarici partnyorları ilə bərabər münasibətlər qurmağa imkan verən amildir. Azərbaycanın müdafiə naziri Səfər Əbiyev ayın əvvəlində ABŞ-a səfər edərək Amerika Konqresində görüşlər keçirdi. Eyni zamanda, İtaliyanın baş naziri Enriko Lettayla Prezident İlham Əliyevin danışıqları oldu. Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri isə "avqust paradı"nın tamamlanması idi. Burda xüsusilə nəzərə alınmalıdır ki, Putin sonuncu seçkilərdən sonra Cənubi Qafqaza ilk dəfə səfər edirdi.

Qərbi incitmədən Rusiyaya uzadılan dostluq əli

Politoloq Rasim Musabəyov prosesləri şərh edərək bildirib ki, Rusiya nümayəndə heyətinin tərkibində altı nazir var idi və onlar Rusiya və Azərbaycanın gələcəyi ilə bağlı xeyli planlarla gəlmişdi: "O faktı diqqətə almaq lazımdır ki, Rusiya Azərbaycanla həmsərhəd olan qüdrətli dövlətdir. Bu baxımdan, həmin səfərin Azərbaycan üçün əhəmiyyəti böyükdür".

Rusiya İctimai Palatasının üzvü, beynəlxalq əməkdaşlıq və ictimai diplomatiya üzrə işçi qrupunun rəhbərinin müavini Sergey Markov isə diqqəti Putinin Cənubi Qafqaza ilk səfəri zamanı Azərbaycanı seçməsinə çəkir. Onun fikrincə, bu, sözsüz ki, Rusiya rəhbərliyi tərəfindən Azərbaycanla pozitiv münasibətlərin ifadə edilməsidir: "Rusiya-Azərbaycan münasibətləri İlham Əliyev tərəfindən həmişə konstruktiv istiqamətdə inkişaf etdirilib. Ölkələrimiz arasında münasibətlər böhranlı deyil, bundan başqa, iqtisadi əməkdaşlıq inkişaf edir. Həmçinin enerji sektorunda, hərbi məsələlərdə tərəflərin konsultasiyaları davam edir".

Alman politoloqu Aleksandr Rar isə Azərbaycanın Rusiya ilə münasibətlərinin paralelində ABŞ-la əlaqələrini vurğulayıb. Onun sözlərinə görə, rəsmi Bakı həm də Avropa İttifaqı, Türkiyə, İsrail və digər ölkələrlə də münasibətlərini qurub: "Rusiya əlbəttə ki, lider dövlətlə əməkdaşlıqda maraqlıdır. Hesab edirəm ki, Moskva praqmatikaya köklənib".

Politoloq rəsmi Bakının incə siyasətinə diqqət çəkərək qeyd edib ki, misal üçün Azərbaycan "Nabucco"dan imtina etdi, amma qazını Transadriatik xətti ilə nəql etməklə Qərblə münasibətlərini qoruyub saxladı. Onun fikrincə, bu, həmçinin Rusiyaya dostluq əlinin uzadılması idi: "TAP-ı tikmək qərarı Rusiya üçün bütün variantlardan ən yaxşısı idi. Böyük Qərb boruları ilə- "Nabucco" kimi- Aİ, yaxud amerikalılar Qafqazda üstün olardısa, Rusiya buna mane olardı. Azərbaycan isə Qərb və Rusiya ilə praqmatik əməkdaşlığa üstünlük verir. Bu baxımdan seçkiqabağı dövr olmasına baxmayaraq, TAP-da iştirak edən İtaliyanın hökumət başçısı İlham Əliyevə öz ehtiramını göstərdi. Həmçinin, Rusiya nümayəndə heyəti Azərbaycanda gələcək planları müzakirə etdilər".

"İlham Əliyev reallığı unutmadan gələcəyə baxır"

Siyasi şərhçi Rizvan Hüseynov isə bildirib ki, Azərbaycan bu gün Cənubi Qafqaz iqtisadiyyatının 70 faizini özündə cəmləşdirib: "Birgə layihələr razılaşdırılan zaman partnyorlar bunun reallaşacağı ilə bağlı Azərbaycandan şübhələnmir. Çünki Azərbaycanın hazırki siyasi kursu dəyişməyəcək. Bununla yanaşı, əhalinin 80 faizi hazırki prezidenti dəstəkləyir". Politoloqun sözlərinə görə, Azərbaycan son 10 ildə nəhəng və aşkar sıçrayış edib.

"Heydər Əliyev müharibədən sonrakı dağılmış və kasıb Azərbaycanı ələ aldı. İnkişaf strategiyasını hazırlamağı bacardı. İlham Əliyev də bunu davam etdirir və hazırki reallığı unutmadan gələcəyə baxır"-deyə siyasi şərhçi bildirib.

"İlham Əliyev ölkə sakinlərini və xarici partnyorları tamamilə qane edir"

Sankt-Peterburq dövlət universitetinin beynəlxalq münasibətlər fakültəsinin dosenti, politoloq Niyazi Niyazov "1News"-a müsahibəsində bildirib ki, 2002-ci ildə yoxsulluq səviyyəsi 46,7 faiz təşkil edirdisə, 2012-ci ildə bu 6 faizə qədər endi. Onun sözlərinə görə, bu inkişaf Azərbaycan müxalifətinin tənqidləri sonunda baş verir.

Politoloq diqqəti İlham Əliyevin rəqibələrinə çəkir. "20 il ərzində müxalifətin öz ritorikasını dəyişmədən irəli sürdüyü tənqidlər gülməli görünür. Azərbaycanın müxalifət liderlərinin bəyanatlarını dinlərkən bu insanların yaşamağa çalışdıqların anlayırsan. Onlar sanki Bakı çayxanalarının daimi müştərilərinin müəyyən hissəsi kimi danışırlar. Heç nə etmədən, bacarmadan, öldürülmüş ayının dərisini bölmək, armudu stəkanı yerə qoymadan, dünya problemlərini həllinə qərar vermək kimi. Müxalifətin daxilində çəkişmələr müşahidə olunur, eləcə də vətəndaşlıqlar onlara etibar etmir"-deyə politoloq bildirib.

N.Niyazov qeyd edib ki, sadə azərbaycanlılar da xarici partnyorların İlham Əliyevə alternativ görmədiyi səbəb görə onu dəstəkləyir: "Ölkə sakinlərini və beynəlxalq partnyorları ata Heydər Əliyev və oğul İlham Əliyev tərəfindən yaradılmış sistem tamamilə qane edir. Hansı ki, Azərbaycan Şərqin və Qərbin arasında etibarlı körpü oldu. Həm də sabitlik, iqtisadi inkişafla nəinki regionda, Avropanın özündə də lokomotivə çevrildi".

Bütün xəbərlər Facebook səhifəmizdə