Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə iki milyon manat pul ayrıldı
Azərbaycan Prezidenti İlham Əliyev Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilri ki, Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Şəki Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat vəsait ayrılması qərara alınır.
Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edilməsi tapşırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB