İTV-də yeni direktor təyinatı gerçəkləşdi

“Carçıfilm” Yaradıcılıq Birliyinin yeni direktoru: "Köhnədən qalan filmləri arxivləşdirib, lazım olmayanları siləcəyik"
İTV-də yeni direktor təyinatı gerçəkləşdi

İTV-də "Carçıfilm" Yaradıcılıq Birliyinin direktoru Qərənfil Xəlilova öz ərizəsi ilə işdən çıxıb və direktor müavini təyin edilib. SİA-nın məlumatına görə, artıq "Carçıfilm" Yaradıcılıq Birliyinin yeni direktoru da təyin olunub. Bu, "Carçıfilm" Yaradıcılıq Birliyinin direktor müavini işləmiş, televiziya rejissoru Hikmət Yaqubovdur.

Yeni direktor SİA-ya açıqlamasında bildirib ki, Yaradıcılıq Birliyinin bundan sonrakı əsas vəzifəsi bu günə qədər Birliyin daxilində çəkilən filmləri daha yüksək səviyyədə ekranlaşdıra bilməkdir: "Azərbaycanın tanınmış insanları, yurdumuzun dilbər guşələri və toponimləri haqqında bu günə qədər çəkilən filmləri toplamaq və bu işi daha yüksək səviyyədə davam etdirmək niyyətindəyik. Yaradıcılıq Birliyində olan və köhnədən qalan filmləri arxivləşdirib lazım olmayanları siləcəyik. Çünki onların əksəriyyəti qeyri-peşəkar səviyyədə çəkilib. Veriliş səviyyəsində olan filmlər də saxlanılmayacaq, çünki onları yeniləri ilə əvəz edəcəyik".

Biz də Səs İnformasiya Agentliyi adından həmkarımızı ürəkdən təbrik edir, ona yaradıcılıq uğurları arzulayırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə