"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var". Ekologiya və Təbii Sərvətlər Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədova SİA-ya açıqlamasında bildirib ki, paytaxtda şimal-şərq küləyi əsəcək: "Havanın temperaturu gecə 19-24, gündüz 26-31 dərəcə isti olacaq".
Şöbə müdirinin sözlərinə görə, ölkənin rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir: "Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə sti olacağı gözlənilir".
Ölkə ərazisində müşahidə olunan qeyri-sabir hava şəraiti avqustun 22-si gündüz saatlarına qədər davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB