Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü əsən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən xəbərə görə, yarımadada və paytaxtda temperatur gecə 19-24, gündüz 25-30 dərəcə isti olacaq.
Məlumata əsasən ölkənin bölgələrində bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacağı gözlənilir: "Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35 dərəcə isti olacaq. Dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə təşkil edəcək".
Qeyd edək ki, yaxın 3 gün ərzində Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi metrohəssas insanlar üçün əsasən əlverişlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB