Lənkəranda Sərhəd Qoşunlarının 94-cı ildönümü və gənc əsgərlərin andiçməsi ilə bağlı mərasim keçirilib FOTOLAR
Bu gün Lənkəran Sərhəd Dəstəsində Sərhəd Qoşunlarının yaranmasının 94-cı ildönümü və gənc əsgərlərin hərbi andiçməsinə həsr olunmuş mərasim keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbirdə çıxış edən hərbi hissənin komandiri, polkovnik-leytenant Elşən Mirzəyev şəxsi heyəti əlamətdar gün-Sərhəd Qoşunlarının yaranmasının 94-cı ildönümü və gənc əsgərlərin andiçmə mərasimi münasibətilə təbrik edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə 18 avqust gününün Sərhəd Qoşunlarının şəxsi heyətinin peşə bayramı günü kimi təsis edildiyini vurğulayan E. Mirzəyev əlavə edib ki, 18 avqust təkcə Azərbaycan sərhədçiləri üçün deyil, bütün xalqımız üçün əlamətdar günlərdən biridir. Dövlətçiliyin mühüm atributlarından sayılan dövlət sərhədinin mövcudluğu və onun öz əsgərləri tərəfindən qorunması dövlət müstəqilliyinin göstəricilərdən sayılır. Natiq daha sonra Azərbaycanda Ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü islahatlardan, sərhəd qoşunlarının formalaşması və inkişafına göstərilən Dövlət qayğısından söz açıb.
Hərbi hissənin "Döyüş bayrağı" meydana gətirildikdən sonra gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
Tədbirdə şəxsi heyət üzrə şöbənin rəisi, mayor Tural Kərimli Sərhəd Qoşunlarının yaranmasının 94-cü ildönümü münasibətilə məruzəsi dinlənilib.
Hərbi hissənin qərargah rəisi, polkovnik-leytenant Eldəniz Zeynalov Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyevin şəxsi heyətə ünvanladığı təbrik teleqramını oxuyub.
Mərasimdə çıxış edən gənc əsgərlər və onların valideyləri şəxsi heyəti əlamətdar gün münasibətilə təbrik edərək Vətənimizin müqəddəs sərhədlərinin qorunmasında gənc əsgərlərə uğurlar arzulayıblar.
Tədbirdə xidmətdə fərqlənən hərbi qulluçuların bir qrupuna fəxri-fərmanlar, qiymətli hədiyyələr və pul mükafatları təqdim edilib.
Tədbir başa çatdıqdan sonra gənc əsgərlərin valideynləri ilə görüşü olub.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB