Cox hörmətli əziz oxucu, qloballaşan və daim inkisaf edən və eyni zamanda ziddiyətlərlə dolu olan müasir dünyamızda gedən istər siyasi və istərsə də iqtisadi sahədəki dəyişikliklər göründüyü kimi Azərbaycandan da yan kecməyib. Ölkəmizdə gedən sürətli inkisaf və quruculuq işləri digər sahələrdə oldugu kimi iqtisadi sahədə də artan xətt üzrə davam edir. Yuxarıda qeyd etdiyimiz kimi ölkəmizdə gedən yuksək sürətli artım tempi bir sıra Avropa ölkələrində böyük təəccüb və caşqınlığa səbəb olub. Hətta böyuk regional məsələlərin həllində ikili standartlarla çıxıs edən bəzi Avropa və supergüc dövlətləri belə Azərbaycan haqqında çıxardıqları məlum, obyektivlikdən uzaq fikir və qərarlara yenidən baxmaq məcburiyyətində qalıblar. Butun bunlar danılmaz və inkarolunmaz faktlardir!
Bu gun sizə ölkəmizdə əldə olunan iqtisadi nailiyyətlər haqqında kicik məqaləni təqdim etməklə calışacağıq ki, sizi yormadan bu sahələr haqqında dəqiq və qərəzsiz faktlara söykənən məlumatlar təqdim edək.
Əvvəla onu deyək ki, bu gun mənə ayrılan səhifə müəyyən qədər kicik tutuma malik olduğuna görə, bugünkü yazımızda ancaq iqtisadi sahənin inkisafı haqqında danışacağıq və bəzi problemlərə toxunacağıq!
Sizi yormadan turk qardaşlarımız demişken, "qonuya" kecirik.
Qeyd etdiyim kimi son zamanlar sosial-iqtisadi sahələri surətlə inkisaf edən ölkəmizdə bir sıra ictimai iaşə obyektləri ilə yanaşı əhalinin yaşayış səviyyəsini yüksəltmək istiqamətində də böyük islər görülür. Ölkə başçısı cənab İlham Əliyevin bu istiqamətdə gördüyü işlər necə deyərlər göz qabağındadır! Prezident öz çıxışlarında dəfələrlə xalqın rifahının yaxşılasdırılması istiqamətində gördüyü və görüləcək işlərin planı haqqında xüsusi qeydlər edib. Bu yaxınlarda kütləvi informasiya vasitələrinin nümayəndələri qarşısında cıxışlarının birində cənab İlham Əliyev yaxın illərdə Azərbaycanda sosial məsələlərin birdəfəlik, kökündən həll ediləcəyini bildirmisdi. Ölkə başçısının əvvəlki illərdə də etdiyi çıxışlar və bu çıxışlardan sonra yerinə yetirilən öhdəliklər bunu deməyə əsas verir ki, bəli verilən bütün söz və götürülən öhdəliklər qüsursuz olaraq yerinə yetirilir. Bütün bunlar danılmaz faktlardır və bunun sübuta ehtiyacı yoxdur. Ona gorə də bu məsələlərin üzərində cox dayanmadan növbəti işlər haqqıda danışmaq istəyirik. (Duzdur bəzi qüvvələr bu faktları görmək istəmir və bəlkə də bilərəkdən görməməzlikdən gəlirlər) 2015-ci ildə olkəmizdə keciriləcək I Avropa Olimpiadasına cox az vaxt qalır. Bakı şəhərinin her yerində surətli tikinti və quruculuq isləri gedir. Bakı nəhəng tikinti arenasını xatırladır!
Respublikamızda baş tutacaq bu möhtəşəm tədbiri yüksək səviyyədə kecirmək ücün Azərbaycanın üzərinə böyük məsuliyyət düşür. Təbii ki, bu məsuliyyəti ölkənin prezidenti yaxşı bilir! Ona görə də ölkənin birbaşa imici ilə baglı olan bu taleyüklü məsələni nəzarətə götürməyi Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya həvalə etdi!
Bu işlərlə əlaqədar olaraq bir sıra obyekt və yasayış sahələrinin məcburi köcürülməsi gundəmə gəlib. (yəni sökülmək məcburiyyətindədir). Belə sahələr Baki səhərində coxdur! Bunlardan biri də Böyük şor yaşayış sahəsidir!
Əziz oxucular, mənim yazılarımın səmimiyyətinə inanacağınızı nəzərə alaraq, təsadüfən Böyük şor yaşayış sahəsində rastlaşdıgım, gördüyüm bir olayı sizə danışmaq istəyirəm.
Təxminən bir ay bundan əvvəl tələbə yoldaşımın dəvəti ilə Böyuk Şor yaşayış sahəsinə - onların yaşadıgı əraziyə getmişdim. Hər tərəfdə sökülən evlər və daşınan əşyaları görmək olurdu. İnsanların üzlərində sevinc işartıları sezilirdi. Bu görüntü məndə təəccüb hissi dogurdu. Öz-özümə axı necə ola bilər ki, insanlar uzun illər boyu, necə deyərlər dişi-dırnagı ilə qurub yaratdıgı bu evlərdən tez bir zamanda, belə asanlıqla, üstəlik belə yüksək əhval-ruhiyyə ilə ayrılsınlar? Cox kecmədən hər şey aydın oldu. Sən demə hec bir qeydiyatı olmayan bu gecəqondularda yaşayan insanlar evlərinin sökülməsinə gorə nəinki təssüflənir əksinə sevincdən az qala uşaq kimi atılıb-düşmək istəyirlər. Sən demə evləri sökülən bu insanlar dövlət tərəfindən – şəxsən Mehriban xanım Əliyevanın xususi göstərişi ilə həmin ərazidə evi olan hər kəs əvvəlcədən evlərinin dəyərindən qat-qat artıq məbləğdə pul alıblar.
Sevinclərinin həddi hüdudu olmayan bu insanlar daha gözəl yaşayış şəraiti olan evlərə köçərək yeni həyata başlayacaqlar. Sevinclərini gizlədə bilməyən bu insanlar minətdarlıqlarını dövlət başçısı İlham Əliyevə və şəxsən Mehriban xanım Əliyevaya catdırmagı xahiş etdilər və bildirdilər ki biz dövlətimizin və hökumətimizin apardıgı siyasəti dəstəkliyir və onu bəyənirik!
Sakinlərin bir qismi adlarını qeyd etməyimizi də bizdən xahiş etdilər:
Hüseynov Sərvər Məhəmməd oglu
Babayev Abbas Balıs oglu
Kərimov Mənsim Agali oglu
Abulov Məhəmməd Paşa oglu
Həsənov Kamil Vilayət oglu
Bu siyahını cox uzatmaq olar (yüzlərlə və minlərlə), gələcək yazılarımızda bu mövzuya bir də qayıdacağıq!
İlham Teymuroglu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB