Ermənistan hərbiçiləri ordudan qaçırlar

Elman Nəsirli: “Bu da nətiçə etibarı ilə Serj Sarkisyanın yeritdiyi aqressiv siyasətinin nəticəsidir”
Ermənistan hərbiçiləri ordudan qaçırlar

Son vaxtlar Ermənistan Ordusunun Dağlıq Qarabağda xidmət edən əsgər və zabitlərinin Azərbaycana keçməsi halı kütləvi xarakter alıb. Siyasi elmlər doktoru, politoloq Elman Nəsirli "Səs" qəzetinə açıqlamasında bildirib ki, işğalçı Ermənistanda vəziyyət elə bir həddə gəlib çatıb ki, artıq əhalisinin böyük bir qismi yaşadığı ölkəni tərk edib başqa ölkəyə getməyi planlaşdırır: "Ermənistanda vəziyyət çox ağır olduğuna görə, orada əhali yaşaya bilmir. Bu təkcə Ermənistan əhalisinin deyil, eyni zamanda, Ermənistan ordusunda xidmət edən əsgər və zabitlərə də aiddir. Təbii ki, erməni əsgər və zabitlərinin canlarını qurtarmaq üçün Azərbaycan tərəfinə keçməsi praqnozlaşdırılan idi. Əgər bu gün Ermənistanın sıradan bir vətəndaşının öz ölkəsini tərk etməsi bir nömrəli məsələ hesab edilirsə onun əsgəri də eyni cür düşünməli olur. Yəni, erməni əsgər və zabitlərinin Azərbaycana keçməsinin kütləvi hal alması məsələsinin kökündə məhz bu dayanır. Bu da nəticə etibarı ilə S.Sarkisyanın yeritdiyi aqressiv siyasətinin nəticəsidir".

"Dağlıq Qarabağda Ermənistan hərbiçilərinin vəziyyətinin son dərəcə ağır olduğu halda Sarkisyan rejiminin cəh-cəlal içərsində həyat tərzi yaşaması təəccüb doğurmur ki" sualını cavablandıran politoloq onu da bildirib ki, bu gün işğalçı ölkə olan Ermənistanda hakimiyyətdə olan rejimin özü xalqın seçmədiyi bir hakimiyyətdir: "Demək olar ki, bu gün S.Sarkisyan hakimiyyəti ilk növbədə özünün maraqlarını düşünür. Yəni, Sarkisyan hakimiyyətdə olduğu müddətdə nə qədər çox sərvət ələ keçirsə özünün xeyirinə olduğunu düşünür. Serj Sarkisyan üçün əgsərinin hansı durumda olması maraqlı deyil. Yəni, Sarkisyan üçün bu cür məsələlər arxa plana keçib. Bu gün Sarkisyanı düşündürən əsas məsələ hakimiyyətdə qaldığı müddət ərzində daha çox sərvət əldə etməkdir. Bu da Sarkisyan hakimiyyətinin mahiyyəti təşkil edir. Belə olan halda da Ermənistan ordusunda bu cür vəziyyətin yaranmasına gətirib çıxarır. Bir sözlə, Sarkisyan rejiminin apardığı siyasət ölkəsini uçuruma aparır. Bu uçurum da ölkənin bütün sahələrində özünü göstərir. Əgər xaricdən gətirlən və Azərbaycan kəndləri ilə üzbə-üz səngərdə yerləşdirilən "nayomnik"lər olmasa Dağlıq Qarabağdakı əhali və əsgərlər kütləvi şəkildə Azərbaycan tərəfinə keçər. Amma bütün manelərə baxmayaraq işğal altında olan Dağlıq Qarabağdakı ermənilər Sarkisyan rejimindən bezdiklərindən qəti və konkret mövqe ortaya qoyacaqlar. Bu baş verməsə də Azərbaycan işğal altında olan torpaqlarına sahib çıxmaq üçün hərəkətə keçəcək".

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə