Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı və 11 saylı Cəzaçəkmə Müəssisələrində olub, Müvəkkilə müraciət edən məhkumlarla görüşüblər.
SİA-nın xəbərinə görə, görüş zamanı Ombudsmanın nümayəndələri onların saxlanılma şəraiti, səhhəti və bu məhkumlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrəniblər.
Qəbul edilən məhkumlara hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah edilib, eyni zamanda onların qaldırdığı bəzi məsələlərlə bağlı Ombudsman tərəfindən müvafiq orqanlara müraciət edilib.
Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı hər iki müəssisə rəhbərinə müvafiq tövsiyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB