ABŞ səfirliyinin nümayəndəsi məcburi köçkünlərlə görüşüb

ABŞ səfirliyinin nümayəndəsi məcburi köçkünlərlə görüşüb

ABŞ-ın Azərbaycandakı diplomatik missiyasının müvəqqəti işlər vəkili Derek Hoqan 15 avqust 2013-cü ildə Pirşağı və Ramanıda məskunlaşmış məcburi köçkünlərə baş çəkib. SİA xəbər verir ki, cənab Hoqan Azərbaycanın məcburi köçkünləri haqqında məlumat almaq üçün məcburi köçkün ailələrlə görüşüb, məktəbə nəzər salıb və düşərgənin rəhbərliyi ilə görüşüb.

Görüşləri zamanı cənab Hoqan Dağlıq Qarabağ münaqişəsinin azərbaycanlı mülki şəxslərin həyatına təsiri haqqında məlumat toplayıb. "Görüşlərdən bu məsələnin azərbaycanlılar üçün nə dərəcədə ağrılı və məyusedici olduğunu öyrəndim. ABŞ Səfirliyi bu məsələni həll etməyə yardım etmək üçün məcburi köçkün icmalarındakı və Azərbaycan hökumətindəki əməkdaşları ilə işləməyə hazırdır. Amerika Birləşmiş Ştatları Azərbaycandakı məcburi köçkünlərə yardıma sadiq olaraq qalır və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və davamlı həllində tərəflərə yardım etmək məqsədilə Minsk Qrupu ilə işləməyə davam edir" -deyə o, bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə