Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək. Bu barədə SİA-ya açıqlamasında parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. Onun sözlərinə görə, plenar iclasdan əvvəl parlament işinə komitələrin iclası ilə başlayacaq.
A. Təvəkküloğlu həmçinin KİV nümayəndələrinə də səslənib. Belə ki, parlamentin payız sessiyasını işıqlandırmaq istəyən jurnalistlərin akkreditəsinə başlanılıb. KİV nümayəndələri sentyabrın 15-dək akkreditasiya məktublarını Milli Məclisə təqdim edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB