7 ay ərzində ölümlə nəticələnən 1 fakt qeydə alınıb

7 ay ərzində ölümlə nəticələnən 1 fakt qeydə alınıb

21 saylı Dövlət Əmək Müfəttişliyinin (DƏM) nəzarətində olan ərazilərdə cari ilin 7 ayı ərzində 1 ölüm faktı qeydə alınıb. SİA-nın Aran bürosuna bu barədə qurumun rəis müavini Rüstəm Rüstəmov bildirib. Onun sözlərinə görə, Gəncə şəhər və ətraf rayonlarda daxil olmaqla 164 idarə və müəssisədə yoxlamalar aparılıb. Bu rəqəmin də 32-si dövlət, 132 si isə qeyri-dövlət sektorlarında təşkil olunub. Nəzarətlər zamanı 397 sayda hüquq pozuntusu aşkar edilib. Bununla bağlı 397 bənddən ibarət göstəriş verilib.

Bundan əlavə DƏM-yi tərəfindən 138 nəfər işçisi ilə işəgötürən arasında əmək müqaviləsi bağlanması tam təmin olunub.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə