Elşən Musayev: “Bu millət nağıl qəhrəmanları ilə yollarını çoxdan ayırıb”

Elşən Musayev: “Bu millət nağıl qəhrəmanları ilə yollarını çoxdan ayırıb”

"Məncə sözün tam bitdiyi yerdəyik. Bundan sonrakı mərhələdə bütün proseslərin sonucunu hərəki addımlar gətirəcək. Və ya belə deyək, artıq sözün danışıqdan deyil, əməldən keçdiyi mərhələdəyik. Buyurub güclərini göstərsinlər. Təbii əgər varsa! Necə deyərlər, bu meydan bu da şeytan". SIA xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev "Milli Şura"nın avqustun 18-nə təyin etdiyi mitinq qərarına münasibət bildirərkən söyləyib.

Partiya sədri daha sonra bunları əlavə edib: "Hər halda burdan Tiflisə 700 km-lik yolu çox rahat və həvəsli şəkildə qət edənlərin şəhərdən 8-10 km uzaqlıqda yerləşən 20-ci sahəyə münasibətini də az sonra görəcəyik. Hərçənd günü elə bu gündən görmüş kimi varıq və ya həmin münasibətin fonunda növbəti rəzalətin, biabırçılığın, rüsvayçılığın "təntənəsi"nə çox az qalıb. Bilirsinizmi niyə? Çünki bu millət artıq uzun zamandır ki, əsatirlərlə, miflərlə, nağıl qəhrəmanları ilə yollarını ayırıb, bu ölkənin vətəndaşında yalana, pafosa, saxtakarlığa qarşı yetərli immunitet formalaşıb və nəhayət bu xalqın 21 il öncəki kimi yenidən siyasi romantikaya aludə olub, öz əli ilə öz başına oyunlar gətirmək fikri yoxdur daha. Seçki sənədlərinin təqdim olunmasına 3 gün qala Moskvadan "mən hələ burda montaj işləri ilə məşğulam, narahat etməyin"- mesajını verən zavallının, rəzilin, diletantın arxasınca getmək fikri isə heç yoxdur!".

Bütün xəbərlər Facebook səhifəmizdə