DYP reydlərə başladı FOTO

Samux rayon Dövlət Yol Polisi əməkdaşları tərəfindən reydlərə başlanılıb. SİA-nın qərb bürosunun xəbərinə görə, "Təmiz hava" aylığı çərçivəsində aparılan yoxlamalar zamanı nəzərdə tutulan standartın tələblərinə uyğun gəlməyən, başqa sözlə desək, atmosfer havasını çirkləndirən avtomobillərin sürücüləri cərimələnib. Avtomobillərin mühərriklərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlanıldıqdan sonra sahibləri haqda müvafiq ölçü götürülüb. Təxminən 1 saatdan artıq davam edən reyd zamanı 20-dən artıq sürücü cərimələnib. Reydlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri də iştirak edib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə