“Mənim Fərdi İnkişafım” adlı təlim kursu yekunlaşıb

“Mənim Fərdi İnkişafım” adlı təlim kursu yekunlaşıb

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər Təşkilatında Gənclər Birliyinin təşkil etdiyi "Mənim Fərdi İnkişafım" adlı təlim kursunun yekunu ilə əlaqədar görüş keçirilib. SİA-nın məlumata görə, görüşdə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədr müavini, AMEA-nın Gəncə regional bölməsinin direktoru Fuad Əliyev, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev iştirak ediblər.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə 14-15 avqust 2013-cü il tarixində "Mənim Fərdi İnkişafım" adlı təlim kursu keçirilib. Təlim kursunda iştirak edən gənclər müraciət formasını doldurub və müsahibə yolu ilə təlimə qoşulublar. Təlimin əsas məqsədi fərdi inkişafın müxtəlif yollarını və bu yolda uğur qazanmağın sirlərini gənc nəslə aşılamaq olub.

Qeyd edək ki, təlim kursu ərzində gənclər uğurun əsl sirri; vaxtdan düzgün istifadə olunması; sağlam həyat tərzi üçün daxili intizam qaydaları; məqsədə çatmaq üçün nələri bilməliyik; uğurlu biri olmaq üçün nələrə nəzarət etməliyik kimi suallara cavab tapıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə