Arzu Rəhimov Bərdədə vətəndaşları qəbul edəcək

Arzu Rəhimov Bərdədə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov sentyabrın 14-də saat 10:00-da Xidmətin Bərdə rayon şöbəsinin inzibati binasında (Bərdə şəhəri, H.Əliyev küçəsi 85) Göyçay, Ağdaş, Yevlax, Ağsu, Ucar, Tərtər, Bərdə rayonlarının və Mingəçevir şəhərinin sakinlərini qəbul edəcəkdir.

Qurumun mətbuat xidmətindən SİA-ya bildiriblər ki, qəbula yazılmaq istəyən vətəndaşların sentyabrın 13-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Bütün xəbərlər Facebook səhifəmizdə