Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Dövlət Universitetinin təşkilati dəstəyi ilə 11-18 avqust tarixlərində həyata keçirdiyi "VII Liderlik Məktəbi-Nəqşicahan" layihəsi ərzində keçirilən təlimlər başa çatıb. ATGTİ-dən SİA-ya verilən məlumata görə, 11-18 avqust tarixində keçirilən layihə ərzində 96 tələbəyə "Sosial Media", "Layihənin yazılması və idarə olunması", "Liderlik" və "Etiket" təlimləri keçirilib.
Nəzərinizə çatdırırıq ki, layihənin məqsədi tələbələrin şəbəkələşməsi, onların şəxsi inkişafına nail olmaqdır.
Xatırladaq ki, indiyə kimi ATGTİ 6 liderlik məktəbi keçib və bu liderlik məktəblərində 600-dən çox tələbə iştirak edib.
Bu layihə ərzində tələbə-gənclərdən əldə olunmuş yeni ideyaların və təkliflərin ATGTİ tərəfindən həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, layihənin sonunda iştirakçılar keçirilən təlimlər üzrə 100 testdən ibarət imtahan verəcəklər və imtahandan uğurla keçən tələbələr sertifikatlar ilə mükafatlandırılacaq. İmtahan Naxçıvan Dövlət Universitetində baş tutacaq.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB