Fermerlərə 10 mln manatdan artıq kredit ayrılıb

Fermerlərə 10 mln manatdan artıq kredit ayrılıb

Cari ilin 6 ayı ərzində ölkənin qərb bölgəsində fəaliyyət göstərən 800-dən artıq fermerə 10 mln manatdan artıq kredit ayrılıb. Bu barədə SİA-nın bölgə müxbirinə Aqrar kredit Səhmdar Kredit Bankının Gəncə filialının sədri Afina Babayeva məlumat verib. Bütün bunlara baxmayaraq, ayrılan kreditlərin qaytarılması istiqamətində problemlər bu gün də qalmaqdadır: "Bəzi fermerlər nəzərdə tutulan sahələri düzgün təhlil edə və bazarı tam öyrənə bilmədiyindən, dövlətdən aldığı krediti qaytara bilmir. Bu isə sonradan ciddi problemlərin yaranmasına gətirib çıxarır".

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə