Layihənin yekun nəticələri müzakirə olunub

Layihənin yekun nəticələri müzakirə olunub

"Tomris" Analar Cəmiyyəti və "Gəncə Regional Qadın" Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən layihə 18 ay müddətində davam edib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, məqsəd Gəncə şəhəri eləcədə Daşkəsən, Göygöl, Samux rayonlarında qadınların ictimai siyasi həyatda fəallığını artırmaq, onların qərar qəbuletmə prosesinə iştirakını gücləndirmək və seçki proseslərində qadınların aktivliyini artırmaqdır. Hesabatda diqqətə çatdırılıb ki, layihə çərçivəsində müxtəlif təlimlər, icma görüşləri, dövlət qurumları ilə ictimai dinləmələr təşkil olunub. Tədbirin sonunda təlim iştirakçılarına sertifikatlar verilib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə