Gənclər təşkilatının rəhbəri beynəlxalq tədbirdə iştirak edir

Gənclər təşkilatının rəhbəri beynəlxalq tədbirdə iştirak edir

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə Türkiyənin İstanbul şəhərində rəsmi səfərdədir. Mərkəzdən SİA-ya verilən məlumata görə, o, qeyri-formal təhsil metodlarının öyrənilməsinə həsr olunmuş beynəlxalq tədbirdə Azərbaycanı təmsil edir.

Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Rumıniya, Ukrayna, Misir, Kosovo və digər ölkələrdən olan gənclər təşkilatlarının rəhbərləri iştirak edir.

Qeyd edək ki, F.Həsənzadə səfər çərçivəsində Türkiyənin Ankara şəhərində yerləşən bir sıra gənclər təşkilatları ilə də görüşlər keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə