Nizami rayon MKTB üçün 15 ədəd yeni xüsusi təyinatlı nəqliyyat vasitəsi alınıb
Avqustun 14-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) maliyyə dəstəyi ilə Nizami rayonunda məişət tullantılarının idarə olunmasının yaxşılaşdırılması məqsədilə rayon Mənzil Kommunal Təsərrüfat Birliyi üçün yeni alınmış 15 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsinə baxış keçirilib.
Tədbirdə çıxış edən Nizami rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov bildirib ki, rayon ərazisində məişət tullantılarının toplanması və daşınması üçün nəzərdə tutulmuş xüsusi təyinatlı nəqliyyat vasitələri tamamilə köhnəlib və sıradan çıxıb. Bu da məişət tullantılarının yığışdırılması prosesində çətinliklərə və rayon ərazisinin sanitar vəziyyətinin tələb olunan səviyyədə saxlanılmamasına səbəb olub.
Qeyd olunub ki, yeni alınmış texnikanın istifadəyə verilməsi rayonda məişət tullantılarının toplanması və sanitar-təmizlik işlərinin daha yaxşı təşkilinə şərait yaradacaq.
Tədbirdə rayon ağsaqqalları və ziyalılar çıxış edərək rayon ərazisində təmizliyin saxlanılmasında və əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən məmnun olduqlarını bildiriblər.
Tədbirdə Milli Məclisin deputatları Rasim Musabəyov və Sədaqət Vəliyeva iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB