Prezident Şəkidə Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib

Prezident Şəkidə Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Şəkidə Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun açılışında iştirak edib.

Dövlətimizin başçısı Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun bərpadan əvvəlki və sonrakı görüntülərini, eləcə də Fazıl kəndində yerləşən və eramızdan əvvəl I minilliyə aid qədim yaşayış məskənini əks etdirən stendlərə baxdı.

Azərbaycan Prezidentinə yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, ümumi uzunluğu 30 kilometr, hərəkət hissəsinin eni 6 metr olan avtomobil yolunun yenidən qurulmasına 2012-ci ilin dekabrında başlanıb. Prezident İlham Əliyevin ölkəmizin avtomobil yollarının yenidən qurulması ilə bağlı verdiyi tapşırıqlar əsasında inşa olunan bu yolun mühüm əhəmiyyəti var. Çünki bu yol həm də bır sıra rayonlararası magistral avtomobil yollarına birləşir. Səkkiz min əhalinin yaşadığı 8 məntəqəni əhatə edən yol yük və sərnişin avtomobillərinin rahat hərəkətini təmin edəcək. Dünya standartları səviyyəsində tikilən yolun üzərində eni 8 metr, uzunluğu 10 metr olan körpü də inşa edilib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı görülən işləri yüksək qiymətləndirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə