VIII Azərbaycan çempionatının zona seçim turu keçirilib

VIII Azərbaycan çempionatının zona seçim turu keçirilib

13-14 avqust 2013-cü il tarixlərdə Masallı rayon "Poliqon" internet klubunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Kiber İdman Federasiyası tərəfindən Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayon komandalarının iştirakı ilə kompyuter oyunları üzrə VIII Azərbaycan çempionatının zona seçim turu keçirilib. Çempionatda qeyd olunan rayonların hər birindən 2 komanda 2 fərdi oyunçu iştirak edib.

Gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, internet, kompyuter texnologiyaları sahəsində biliklərini artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etmək məqsədilə keçirilən yarışda "Counter-Strike" oyunu üzrə Masallı, FİFA SOCCER 2013 və SUPER STREET FİGTER IV oyunu üzrə Astara, "Cross Fire" üzrə Cəlilabad rayon komandaları qalib gəliblər.

Qeyd edək ki, qalib komandalar Bakı şəhərində təşkil olunacaq final mərhələsinə vəsiqə qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə