Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Gəncə Ərazi İdarəsinin əməkdaşları tərəfindən Goranboy rayonunda reyd keçirib. SİA-nın Qərb bürosunun xəbərinə görə, sahibkar Cümşüd Cabbarova məxsus çörək sexində aparılan yoxlamalar zamanı bir daha təsdiq olunub ki, bəzi "işbazlar" tərəfindən çörək məhsulları anti-sanitar şəraitdə hazırlanır. Yoxlamalar göstərib ki, istər çörək məhsullarının bişirilməsi, istər saxlanılması üzrə bütün proseslər normalardan olduqca uzaq şəkildə aparılır. Bundan əlavə monitorinq nəticəsində bəlli olub ki, çörək məhsullarının bişirilməsi zamanı avtomobil mühərriki üçün olan yağdan istifadə edilir.
Qeyd edək ki, istehsal sahəsində aparılan yoxlamaların nəticəsi olaraq yuxarıda adıçəkilən sahibkar inzibati qaydada cərimə olunub, müəssisənin fəaliyyəti isə ümumiyyətlə dayandırılıb.
.jpg)
.jpg)

İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB