Lənkəranda yay istirahət düşərgəsinin uşaqları üçün təqdimat keçirilib FOTOLAR
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində ’’Azərbaycan-doğma diyarım’’ mövzusunda Mərkəzin rəsm studiyası üzvlərinin əl işlərinin təqdimatı təşkil olunub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, gənclər ücün təşkil edilən düşərgənin 5 - ci qrup uşaqları üçün keçirilən təqdimatda bildirilib ki, ’’Azərbaycan uşaqların gözü ilə’’ adlanan sərginin əsas leytmotivi həvəskar rəssamların Vətənə olan hiss və duyğularının tərənnümündən ibarətdir. Əsərlərdə xalqımızın öz müstəqilliyini qoruyub saxlamaq əzmi və tarixi yaddaş müxtəlif çalarlarla nümayiş etdirilir.
Sonra Mərkəzin bələdçisi F.Məmmədova əsasən Qəbələ, Saatlı, Oğuz və Sabirabad rayonlarından olan iştirakçılara Ulu Öndərin ictimai-siyasi fəaliyyəti və milli mədəniyyətin inkişafı sahəsindəki xidmətləri barədə ətraflı məlumat vermiş, onları elektron kitabxana ilə tanış edib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB