Avqustun 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, lakin yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Proqnozlar bürosundan SİA-ya verilən məlumata əsasən, paytaxtda havanın temperaturu gecə 20-24, gündüz 33-37 dərəcə isti olacaq.
Ölkənin ronlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 19-24, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB