"Türk dünyasında inteqrasiya yüksək səviyyədə gedir" AÇIQLAMA

"Türk dünyasında inteqrasiya yüksək səviyyədə gedir" AÇIQLAMA

"Türk dünyasını 20-30 il əvvəlki dövrlərlə müqayisə etsək, təbii ki, bu məkanda inteqrasiya kifayət qədər sürətlidir. Artıq nəinki ortaq mədəni, elmi, hətta ortaq siyasi mərkəzlər yaranır". SİA-nın məlumatına görə, bu fikirləri yap.org.az saytına Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.

Onun sözlərinə görə, artıq dil sahəsində də maraqlı təcrübə var: "Türk xalqlarının nümayəndələri öz dillərində bir-birilərini başa düşür. Yəni onlar mümkün qədər ortaq formada danışmağa çalışırlar. Ümumiyyətlə, türk dünyasında inteqrasiya yüksək səviyyədə gedir. Ulu öndər Heydər Əliyev demişdi ki, türk xalqlarının mədəni birliyini onların siyasi birliyi tamamlamalıdır. Artıq istər-istəməz biz bu inteqrasiyanı görürük. Beynəlxalq təşkilatlarda da bu inteqrasiya özünü aydın şəkildə göstərir. Biz türklər olaraq ortaq düşüncədə danışa bilirik. Dünyada bizim birliyimizi daha yaxşı dərk edirlər. Amma bizə qarşı dayanan qüvvələr də çoxdur. Bütün bunlara baxmayaraq, biz dünyaya türk kimi inteqrasiya olunmalıyıq, bunun üçün imkanlarımız güclüdür. Eyni zamanda, hazırda görülən işlər perspektiv üçün yaxşı imkanlar yaradır".

Bütün xəbərlər Facebook səhifəmizdə