Bu həftə qızmar istilər olacaq DİQQƏT!

Bu həftə qızmar istilər olacaq DİQQƏT!

"Avqustun 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, günün birinci yarısında qısa müddətə tutulacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Proqnozlar bürosunun baş hidroloqu Asif Verdiyev SİA-ya açıqlamasında bildirib ki, paytaxtda havanın temperaturu gecə 21-23, gündüz 30-35 dərəcə isti olacaq.

Baş hidroloqun sözlərinə görə, gecə və axşam ölkənin bəzi şimal rayonlarında şimşək çaxacağı, qısa müqqətli yağış yağacaq, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: "Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti təşkil edəcək".

Cari iş həftəsinin ikinci yarısında Azərbaycanda havanın temperaturunun artacağını deyən Asif Verdiyev qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında və aran rayonlarında temperatur 35-38, bəzi yerlərdə 40 dərəcə olacaq: "Dağlıq rayonlarda temperaturun 23-28, bəzi yerlərdə 30 dərəcəyə, paytaxtda və Abşeron yarımadasında isə 33-38 dərəcəyə yüksələcəyi proqnozlaşdırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə