ARGTMŞ Beynəlxalq Gənclər Gününü qeyd edib

ARGTMŞ Beynəlxalq Gənclər Gününü qeyd edib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) "Nifrət Nitqinə Yox Hərəkatı" (No Hate Speech Movement) kampaniyası çərçivəsində Beynəlxalq Gənclər Gününü qeyd edib. SİA-nın məlumatına görə, tədbirdə beynəlxalq gənclər təşkilatlarının, yerli təşkilatların və KİV nümayəndələri iştirak ediblər.

Mərasimdə ARGTMŞ-nın sədri Şahin Seyidzadə, Avropa Gənclər Fondunun İdarə heyətinin üzvü Aleksandra Kamillova və gənclər təşkilatlarının nümayəndələri çıxış edərək kampaniyanın əhəmiyyətindən danışıblar.

Tədbirdə "Nifrət Nitqinə Yox Hərəkatı" (No Hate Speech Movement) kampaniyası çərçivəsində həyata keçirilən müsabiqədən şəkillərin sərgisi təşkil olunub və gənclər arasında onlayn puzzle oyunu keçirilib.

Sonda "Nifrət Nitqinə Yox Hərəkatı" (No Hate Speech Movement) kampaniyası çərçivəsində həyata keçirilən foto-müsabiqənin qalibləri mükafatlandırılıb.

Qeyd edək ki, kampaniya 2013-cü ilin aprel ayından start götürüb.

Xatırladaq ki, ARGTMŞ 1997-ci ildən Avropa Gənclər Formunun tam hüquqlu üzvüdür və "Nifrət Nitqinə Yox Hərəkatı" (No Hate Speech Movement) kampaniyasının Azərbaycan üzrə milli əlaqələndiricisidir.

Bütün xəbərlər Facebook səhifəmizdə