Ulduzlar işgüzar adamlara nələr vəd edir?

Ulduzlar işgüzar adamlara nələr vəd edir?

QOÇLARIN başı mühüm işlərə qarışıb. İşlərinizin öhdəsindən istədiyiniz kimi gələ bilmirsiniz, çünki vaxt qıtlığı buna imkan vermir. Belə olan halda bütün məsələləri bir dəfəyə həll etməyə çalışmayın. Astroloqlar dincəlməyi, hadisələri öz gedişatına buraxmağı məsləhət görürlər. Atalarımız "Tələsən təndirə düşər" deyiblər. Odur ki, hər şeyi öz axarına buraxın.

BUĞALAR bu günlər iş və istirahəti uyğunlaşdırmaqla bərabər, planlarını həyata keçirməyə başlamalıdırlar. Məqsəddən yayınmasanız böyük uğur və gəlir əldə edəcəksiniz. Rəqiblərinizi taktiki gedişlərinizlə təəccübləndirməlisiniz. Bunun üçün ən müasir texnologiyalardan istifadə etməlisiniz.

Ləngimə ƏKİZLƏRİN işgüzar maraqlarına böyük zərbə vura bilər. Astroloqlar xəbərdarlıq edirlər ki, bu həftə var gücünüzlə çalışmalısınız. Zəfər qazanmaq üçün canınızı işə verməlisiniz. Sürətinizi yavaşıtmayın və hadisələri qabaqlamağa çalışın.

Hadisələrin gedişatı XƏRÇƏNGLƏRİ sərfəli müqavilələr imzalamağa sövq edəcəkdir. Lakin uğur qazanmaq üçün tərəfdaşlarınızın mənfi təsirindən uzaq olmalısınız. Məsələ onların etibarsız və paxıl olmasında deyil. Sadəcə onlar vəziyyəti sizin kimi düzgün qiymətləndirməyi bacarmırlar. İndiki halda yalnız öz gücünüzə və intuisiyanıza güvənməlisiniz.

Bu həftə ŞİRLƏRİ böyük gəlir gözləyir. "Aclıq" dövrü öz yerini bolluğa verir. Lakin imkanlarınızı həyata keçirmək üçün çox diqqətli olmalısınız ki, əla bir fürsəti əldən verməyəsiniz. Siz lazım gəldikdə fəal mövqe tutub prinsipial məsələlərdə inadkarlıq nümayiş etdirməlisiniz.

QIZLAR öz bizneslərini kənardan müşahidə etməlidirlər. Hər şeyin yağ kimi getdiyinə aldanmayın. Yalnız gərgin əmək sayəsində uğur qazana bilərsiniz. Yaxın günlərdə tanış olacağınız adamlar gələcəkdə sizə kömək edəcəklər. Onlarla ümumi dil tapıb dost olmağa çalışın.

Marsın təsiri altında TƏRƏZİLƏRİN həyatında çətin dövr başlayır. Bu halda taleyin gərdişinə bel bağlamayıb hər fürsətdən istifadə etməlisiniz. Ailənizin üzvü və yaxın ətrafınızdakı kiminləsə münasibətlərin gərginləşməsi fikrinizi cəmləşdirməyə mane olacaqdır. Sizi yaxından tanımayanlar vəziyyətin öhdəsindən gələ bilməyəcəyinizi düşünə bilərlər. Fikrinizi boş-boş şeylərə yayındırmayın və hər bir çətinliyi öz xeyrinizə çevirməyə çalışın.

Pluton və Yupiter planetlərinin birgə dəstəyi ən dolaşıq problemlərin həllində ƏQRƏBLƏRƏ kömək edəcəkdir. Səma cisimlərinin müsbət təsiri sizə işinizdə böyük qələbə qazanmaq şansı verəcəkdir. Hadisələri yalnız yaxşı tərəfdən qiymətləndirməyə çalışın. Pullarınızı bada verməmək üçün birinci gedişi başqalarının öhdəsinə buraxın.

Veneranın təsiri OXATANLARA uğur vəd edir. Çox yorğun olduğunuz bir vaxtda başqalarının yükünü öz üzərinizə götürməyin. Bəzi adamları yola gətirmək olur, amma onlar sizin gün ərzində gördüyünüz işlərin heç yarısını da görə bilmirlər. Diqqətinizi öz işləriniz üzərində cəmləyin, başqalarının problemlərini onların özünə saxlayın.

OĞLAQLAR perspektivlərini düşünmək üçün vaxt ayırsalar, özlərinə inam hissinin qat-qat artdığını hiss edəcəklər. Seçim asan olmaya bilər, lakin Merkuri mövcud məsələlərin həllinə optimal yanaşma tapılacağını vəd edir. Yupiterin sizə bəxş edəcəyi cazibədarlıq sayəsində biznes tərəfdaşlarınızın dəstəyini qazanacaqsınız.

DOLÇALAR diqqətlərini öz layihələri üzərində cəmləşdirməlidirlər. Onda vəziyyəti yeni prizmadan qiymətləndirib, nə qədər əlavə xərc tələb olunduğunu müəyyən edəcəksiniz. Ciddi müzakirələr ağır düşüncələr doğura bilər. Bu yaxınlarda qəbul etdiyiniz qərarın düzgünlüyünə şübhə yarana bilər. Narahat olduğunuz üçün nə isə dəyişdirməzdən əvvəl bəzi yeni ideyaları qəbul etməyə çalışmalısınız.

BALIQLAR nəyə qadir olduqlarını göstərməlidirlər. Başqalarının da məsləhətlərini dinləsəniz də, onların plan və ideyalarını ehkam kimi qəbul etməməlisiniz. Heç bir halda məqsəddən yayınmayın. Öz tələbatınız və arzularınız sizin üçün prioritet olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə