Gəncədə Məhsəti Gəncəvi adına yeni mədəniyyət mərkəzi inşa olunur. Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə tikilən mərkəz ən müasir standartlara cavab verəcək. SİA-nın bölgə müxbiri xəbər verir ki, yeni mədəniyyət ocağının tikintisi Gəncə çayının sol sahilində inşa edilir. Ümumi sahəsi 2920 kv/m olan ərazidə 3 mərtəbəli bina tikilir. Artıq binanın fasad hissəsində demək olar ki işlər yekunlaşıb.
Bundan əlavə binanın qarşısındakı park da yeni və daha müasir görkəmə salınacaq. Mədəniyyət Mərkəzində Mədəniyyət və Turizm İdarəsi, Məhsəti Gəncəvi Muzeyi, kitabxana və rəsm qalereyası fəaliyyət göstərəcək. Nəzərdə tutulan tədbirlər planına əsasən işlərin yaxın müddətdə başa çatdırılması planlaşdırılır. Artıq şəhər rəhbərliyinin göstərişi ilə istifadəyə veriləcək muzey üçün şairənin bəzi əl yazmaları digər dövlətlərdən Gəncə şəhərinə gətirilib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB