Bu gün Konstitusiya Araşdırmaları Fondu tərəfindən "Qadınların inkişafına dəstək üçün ictimai maraqların qorunması" layihəsinin yekunlarının təqdimatı ilə bağlı mətbuat konfransı keçirilib. Konfransda "Qadınlar Arasında Həmrəylik" İctimai Birliyinin sədri Rühəngiz Hüseynova, Kounterpart İnterneşnl təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri İlqar Ağasıyev və "Konstitusiya" Araşdırmalar fondunun eksperti Zaur İbrahimov iştirak edib.
Tədbirdə giriş sözü ilə çıxış edən Rühəngiz Hüseynova bildirib ki, "Qadınların inkişafına dəstək üçün ictimai maraqların qorunması" layihəsi USAİD – in maliyyə dəstəyi ilə hazırlanıb: "Layihə çərçivəsində Hacıqabul, Masallı və Neftçala rayonlarında ictimai dinləmələr baş tutub. Bu ictimai dinləmələrdə 2 təlim keçirilib və hər təlimdə 30 qadın iştirak edib. Bundan başqa, bizim müxtəlif seminarlarımız olub".
İlqar Ağasıyev qeyd edib ki, layihə çərçivəsində keçirilən ictimai dinləmələr göstərdi ki, yerli icra hakimiyyətləri, yerli özünüidarəetmə orqanları və mərkəzi icra hakimiyyətinin yerli strukturlarında çalışan vəzifəli şəxslərin BMT – nin "Qadınlara qarşı ayrı – seçkiliyin bütün formalarının ləğv edilməsi" barədə Konvensiyası, ümumilikdə gender siyasəti ilə bağlı səthi təsəvvürləri var: "Bu vəziyyətin dəyişməsi, yerli icra strukturlarının və yerli özünüidarəetmə orqanlarının dövlətin gender siyasətinin həyata keçirilməsi üçün qarşıda duran vəzifələri başa düşmələri üçün maarifləndirmə və məlumatlandırma tədbirlərinin miqyası genişləndirilməlidir".
Daha sonra Zaur İbrahimov deyib ki, gender bərabərliyi üzrə maarifləndirmə siyasətinin strategiyası dəyişdirilməlidir: "Hazırki imkanlar daha geniş miqyasda fəaliyyət üçün yetərli deyil. Bu istiqamətdə hökumət səviyyəsində müvafiq qərarların qəbuluna ehtiyac var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB