Sabah hava yağmursuz keçəcək

Sabah Azərbaycan ərazisində hava dəyişkən buludlu və yağmursuz keçəcək. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında avqustun 12-də havanın dəyişkən buludlu və yağmursuz keçəcəyi gözlənilir. Saniyədə 6-11 metr sürətlə şimal-qərb küləyi, gündüz 7-12 metr sürətlə cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 19-23°, gündüz 29-34° isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan və Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx, və Sahildə 25-26° olacaq.

Aran rayonlarında havanın temperaturu gecə 18-23°, gündüz 29-34° isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə