Həftə sonları Qubada istirahət mərkəzlərində yer çatışmazlığının yaşanması ilə əlaqədar sahibkarlar yeni turizm obyektlərinin tikintisinə start verib. SİA-nın şimal bürosunun verdiyi məlumata əsasən, respublikanın istirahət məkanlarından biri olan Quba şəhərinə çox sayda turist gəldiyi üçün həftə sonları istirahət mərkəzlərində boş yer tapmaq demək olar ki, mümkün olmur və bir çox turistlər yer tapa bilmədiyi üçün geri qayıtmaq məcburiyyətində qalır. Bu isə bir tərəfdən turistlərin normal istirahətinə, digər tərəfdən isə sahibkarların əlavə gəlir qazanmasına manə olur. Bunu nəzərə alan sahibkarlar turizm obyektlərinin sayını artırır. Belə ki, bu məqsədlə Quba-Qonaqkənd turizm marşrutu üzərində yeni istirahət məkanının tikintisinə başlanılıb.
Qeyd edək ki, hazırda Qubada 40-dan çox turizm obyekti fəaliyyət göstərir. Cari ilin 6 ayı ərzində rayona 19 min nəfərə yaxın turist gəlib.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB