Avqustun 11-də Bakıda əsasən dəyişkən buludlu və yağmursuz hava proqnozlaşdırılır. SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, Bakıda temperatur gecə 18-23, gündüz 27-32 dərəcə təşkil edəcək: "Avqustun 11-də Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava proqnozlaşdırılır. Lakin gecə və səhər Böyük Qafqazın bəzi ərazilərində şimşək çaxacaq. Qısa müddətli yağış yağacağı ehtimalı var. Bölgələrdə mülayim şərq küləyi əsəcək. Temperatur aran rayonlarında gecə 18-23, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə təşkil edəcək".
Onun sözlərinə görə, avqustun 10-da günün ikinci yarısından başlayaraq ölkə ərazisində mülayim hava şəraitinin müşahidə olunacağını, temperaturun əvvəlki günlərlə müqayisədə yüksələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB