Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Cənubi Koreya Respublikası müdafiə nazirinin müavini Baek Seunq Joonu qəbul edib. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, qonaqları salamlayan müdafiə naziri görüş zamanı Cənubi Koreya ilə Azərbaycan arasında son illər əlaqələrin gücləndiyini və bu prosesin demək olar ki, bütün sahələri əhatə etdiyini bildirib. Hərbi sahədə əməkdaşlığın qurulmasının vacibliyini önə çəkən nazir artıq bu məqsədlə hərbi memorandumun imzalanmaya hazır olduğunu koreyalı qonağın diqqətinə çatdırıb. Səfər Əbiyev bu sənədin tezliklə qüvvəyə minməsinin gələcəkdə hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açacağını xüsusilə vurğulayıb. Hərbi təhsil sahəsində qarşılıqlı əlaqələrin yaradılması barədə də müzakirələr aparılıb.
Geniş fikir mübadiləsi şəraitində keçən görüşdə hər iki regionda mövcud hərbi-siyasi vəziyyətə də toxunulub.
Qeyd edək ki, görüşdə Cənubi Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk İn iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB