Avqust ayının 11-də Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvəti ilə Türkiyənin tanınmış sənətçilərindən biri, "Ah Karabağ" mahnısı və klipinin müəllifi olan Başkal ilk dəfə Azərbaycana səfər edəcək. SİA-nın məlumatına görə, o, ilk olaraq Ermənistanla ön cəbhədə yerləşən Tovuz rayonunda olacaq. Cəbhədə əsgər və hərbçilərlə görüş və konsert proqramından sonra sənətçi rayon ictimaiyyəti üçün də konsert proqramı ilə çıxış edəcək. Sonra Gəncə yaxınlığında Gülüstan qəsəbəsində məcburi köçkünlərlə görüşəcək və onlar qarşısında konsert proqramı ilə çıxış edəcək. Bundan sonra Dağlıq Qarabağ istiqamətində ön cəbhə rayonlarımızdan biri olan Tərtər rayonunda əsgər və hərbçilərlə görüşəcək Başkal eyni zamanda rayon ictimaiyyəti üçün də geniş konsert verəcək.
Qeyd edək ki, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB bunlarla yanaşı Başkalın Bakıda R. Behbudov adına Mahnı teatrında şəhid ailələri, qaçqın və məcburi köçkünlər və musiqisevərlər üçün də konsertini təşkil edib.
"Ah Karabağ" mahnısı və klipinin müəllifi olan Başkal Türkiyənin gözəl sənətçilərindən biri olmaqla yanaşı, hər zaman Azərbaycana, Dağlıq Qarabağ probleminə, Xocalı Soyqırımı mövzusuna həssaslıq göstərmiş bir şəxsdir. Heç bir zaman Azərbaycanda olmadığı halda Qarabağla, Xocalı Soyqırımı ilə bağlı çox təsirli "Ah Karabağ" mahnısını ifa edib, ona çox təsirli bir klip hazırlayaraq Türkiyə ictimaiyyətinə təqdim edib. "Ah Karabağ" əsərini və klipini bu link vasitəsi ilə izləyə bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB