Ağdamda 4 yeni məktəb binası tikilir və əsaslı təmir edilir. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Dövlət Proqramı çərçivəsində rayonun Baharlı 1, Həsənxanlı, Əhmədağalar və Hacıməmmədli kənd məktəbləri üçün yeni binalar inşa edilir. Yeni məktəblərdə müasir təhsilin inkişafı üçün hər cür şərait yaradılacaq. Belə ki, yeni təhsil ocaqlarında idman zalları, kimya və fizika laboratoriyaları, fənn kabinetləri, o cümlədən kompyuter otaqları fəaliyyət göstərəcək. Yeni məktəblər geniş zolaqlı internet şəbəkəsinə qoşulacaq və şagirdlər internet kitabxanasından istifadə edə biləcəklər.
Həmçinin məktəblərdə ehtiyat su anbarları və istilik sistemi üçün qazanxana quraşdırılır.
Qeyd edək ki, dövlət vəsaiti hesabına inşa olunan müasir məktəb binalarının yeni dərs ilinə qədər istifadəyə verilməsi nəzərdə tutulub.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB