Azərbaycanda bayram namazı qılındı

Azərbaycanda bayram namazı qılındı

Azərbaycanda müqəddəs Ramazan ayının başa çatması münasibətilə bu gün səhər əksər məscidlərdə, o cümlədən Təzə Pir Məscidində bayram namazı qılınıb.

SİA-nın məlumatına görə, yeni Ay Azərbaycan ərazisində dünən müşahidə olunmadığından bayram namazı bu gün səhər qılınıb.

Qeyd edək ki, dünyanın bəzi müsəlman ölkələrində Ramazan Bayramı ilə bağlı bayram namazı avqustun 8-də qılınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə